Bütün Qafqazın Şeyxi A.Paşazadə ICESCO-nun baş direktorunu qəbul edib (VİDEO)

Bütün Qafqazın Şeyxi A.Paşazadə ICESCO-nun baş direktorunu qəbul edib (VİDEO)

Yanvarın 14-də Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ICESCO-nun Baş direktoru Salim Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən dini konfesiyyaların rəhbərli iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hacı Allahşükür Paşazadə ICESCO Baş direktoruna Azərbaycana gəlişi münasibətilə təşəkkürünü bildirib.

İCESCO-nun baş direktoru Salim Əl-Malik işğaldan azad edilmiş torpaqlarda olduğunu və gördükləri ilə bağlı təəssüratlarını bölüşüb.

Tədbirin sonunda Bütün Qafqazın Şeyxi ICESCO Baş direktoru Salim Əl -Malikə xatirə hədiyyələri təqdim edib.

 

Mənbə: www.realtv.az