Rusiya XİN üçtərəfli görüş barədə ABŞ və Fransa səfirlərinə məlumat verib

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ölkədəki ABŞ və Fransa səfirləri Con Sallivan və Pyer Levini qəbul edərək, onları Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistan Baş nazirinin iştirakı ilə Moskvada keçirilmiş üçtərəfli görüş barədə məlumatlandırıb.

Rusiya xarici işlər nazirliyinin məlumatına əsasən, qəbul zamanı Minsk Qrupunun həmsədr ölkələrinin mövcud problemin həlli istiqamətindəki birgə səylərinın artırılması ətrafında əsaslı fikir mübadiləsi aparılıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Trend-in koronavirusdan sağalan baş redaktoru Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

SONRAKI XƏBƏR

“Kimsə maaşından “YAŞAT”a ianə vermək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm”