Bu ölkə Rusiyadan S-400 alır

Bu ölkə Rusiyadan S-400 alır

Belarus Rusiyadan S-400 “Triumf” və yaxın məsafəli “Pansir” hava hücumundan müdafiə kompleksi almağa hazırlaşır.

ONN media xəbər verir ki, bunu Belarus müdafiə naziri İqor Qolub deyib.

“S-300-lərlə təchiz olunmuş hava hücumundan müdafiə sistemlərimizi yeni S-400 və “Pansir”lərlə yeniləmək üçün işlərimizi davam etdiririk”, – Qolub bildirib.

 

Mənbə: onn.az