Moldovada həkim, polis müfəttişi və müəllim peşələrinə ehtiyac artır

Moldovada həkim, polis müfəttişi və müəllim çatışmazlığı yaşanır.
Kaspi.az xəbər verir ki, Əhalinin Məşğulluğu üzrə Milli Agentlik 2021-ci il yanvarın əvvəli üçün məlumat bazasında 4867 vakansiyanın qeydə alındığını bildirib.
Agentliyin məlumatına görə, vakansiyaların böyük hissəsi Kişineunun (1549 iş yeri) payına düşür. Sonrakı yerləri Beltsı (905 iş yeri) və Qaqauziya Muxtar Ərazi Qurumu (76 iş yeri) tutur. Ali və müvafiq profilli təhsilə malik şəxslər üçün vakansiyalar daha çoxdur, yəni ümumi sayın 26 faizini təşkil edir.
Ən çox tələbat tibb sahəsi mütəxəssislərinədir. Onlara 340 iş yeri təklif olunur: 96 yer – həkimlərə, 133 – tibbi assistentlərə, qalan yerlər isə tibb bacıları və feldşerlərə aid edilir.
Bununla yanaşı, polis müfəttişi və zabitləri üçün 281 iş yeri təklif olunur. Həmçinin 110 vakansiya təhsil sahəsi mütəxəssislərinə, 108 yer mühəndis və texniklərə ayrılıb. Əmək bazarında maliyyə-təsərrüfat və ya kommersiya fəaliyyəti mütəxəssislərinə 61 vakant yer təklif edilir.
Orta peşə təhsilinə malik şəxslər və ixtisası olmayan fəhlələrə agentlik 3604 vakant yer təqdim edir ki, bu da təklif olunan ümumi iş yerlərinin 74 faizini təşkil edir. Ənənəvi olaraq ən çox tələbat toxuculuq və tikiş sənayesi işçilərinədir, onlar üçün 1503 vakant yer ayrılıb. Həmçinin nəqliyyat və rabitə (340 iş yeri), sənaye müəssisələrinin ixtisaslı işçiləri (258 iş yer), məişət işçilərinə (206 iş yeri) və s. tələbat var.
2020-ci ilin əvvəlində sahibkarlar təqribən 12 min əməkdaşa iş təklif ediblər, 2020-ci ilin sonunadək 5933 boş iş yeri qalıb. (Azərtac)


 

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

"Barsa" prezidentliyinə 4 namizəddən razılıq alınacaq - bu futbolçuya görə

SONRAKI XƏBƏR

İranlı idmançıdan Azərbaycana sayğısızlıq: Öz qızıl medalını...