Silvio Berluskoni xəstəxanaya yerləşdirildi

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni Monakoda yerləşən kardioloji xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "Rai News 24" telekanalı məlumat yayıb.

Xatırladaq ki, 84 yaşlı siyasətçi bir neçə il əvvəl ağır ürək əməliyyatı keçirib.

Siyasətçi həmçinin ötən il koronavirusa yoluxmuşdu.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Erməni cəmiyyətində qorxu: Ölkədə nə baş verir? - VİDEO

SONRAKI XƏBƏR

Rus qırıcıları döyüş mövqeyində - Əməliyyatlar üçün danışıqlar başladı