Ukrayna Azərbaycanı bu siyahıdan çıxardı

Ukrayna Azərbaycanı bu siyahıdan çıxardı

Ukrayna 100 min nəfərə düşən koronavirusa yoluxma sayını nəzərə alaraq, Azərbaycanı “qırmızı zona” siyahısından çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna “qırmızı zona”dakı ölkələrin sayını 66-dan 12-yə endirib.

Azərbaycanla yanaşı Türkiyə, Moldova, Bosniya, İordaniya, Bolqarıstan, Norveç və İran da “qırmızı zona” siyahısından çıxarılıb.

Mənbə: konkret.az