20 illik müharibəni bitirməyə daha yaxınıq - ABŞ

20 illik müharibəni bitirməyə daha yaxınıq - ABŞ

İraq və Əfqanıstandakı hərbçilərimizin sayı 2500-ə endirilib.

KONKRET.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Kris Miller bildirib.

“Prezident Donald Trampın tapşırığına əsasən, 17 noyabrda elan etdiyim kimi, bu geri çəkilmə ilə ölkədəki əsgər sayı 2001-ci ildən bəri ən aşağı səviyyəyə çatdı. ABŞ təxminən 20 illik müharibəni bitirməyə daha yaxındır”, – Miller vurğulayıb.

Mənbə: konkret.az