Şimali Kiprin qurucu dövlət başçısı Rauf Denktaş anıldı

Şimali Kiprin qurucu Cumhurbaşqanı Rauf Denktaşın 9-cu anım günü keçirilib.

Baki-xeber.com-un xəbərinə görə, anım mərasimi yanvarın 13-də səhər saatlarında Rauf Denktaşın Anıtı önündə başlayıb. Şimali Kiprin dövlət başçısı Ersin Tatar və Rauf Denktaşın ailəsi tərəfindən Anıtın önünə gül çələnglərinin qoyulmasının ardından sayğı duruşu ilə İstiqlal marşı səsləndirilib.
Dövlət başçısı Ersin Tatar Xatirə kitabını imzaladıqdan sonra Rauf Denktaşın oğlu, millət vəkili Sərdar Denktaş və Cumhurbaşqanı Tatar çıxış ediblər.


 

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

SONRAKI XƏBƏR

Qazaxıstan Parlamentində sədr seçildi - VİDEO