Şimali Koreya hərbi paradda yeni sualtı balistik raketini təqdim edib

Şimali Koreya hərbi paradda yeni sualtı balistik raketini təqdim edib

Şimali Koreya sürətlə inkişaf edən silah proqramı çərçivəsində ən yeni silahını - sualtı ballistik raketini (SLBM) açıqlayıb.

Dövlət mediasının cümə günü verdiyi məlumata görə, SLBM-lərdən bir neçəsi Pxenyanın mərkəzi Kim İl Sunq meydanında gecə keçirilən hərbi paradda nümayiş etdirilib.

Dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi hər zamanakı kimi mübaliğəli bir dillə raketi “dünyanın ən güclü silahı” adlandırıb.

Şimali Koreya parad zamanı həmçinin yeni qısa mənzilli raket də nümayiş etdirib.

Wearing a shiny black leather jacket and fur hat, North Korean leader Kim Jong Un attended the Thursday event, which marked the end of a major multiday meeting of the ruling Workers’ Party.

Parlaq qara dəri pencək və xəz papaq geyinən Şimali Koreya lideri Kim Conq Un da hakim İşçi Partiyasının bir neçə günlük böyük iclasının sonunda keçirilən tədbirə qatılıb.

Bu, Şimali Koreyanın təxminən son üç aydakı ikinci hərbi paradıdır. Oktyabr ayındakı paradda Şimali Koreya ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini aşmaq üçün hazırlanmış ən böyük qitələrarası ballistik raketini nümayiş etdirmişdi.

Bu paradlar Pxenyanın koronavirus və beynəlxalq sanksiyaların yaratdığı iqtisadi çətinliklərə baxmayaraq yeni nüvə silahları və ballistik raketləri təkmilləşdirməyə davam etdiyini xatırladır.

Sualtı raketlər Şimali Koreyanın arsenalına gözlənilməz bir komponent qatacaqdı. Onlar Şimali Koreyanın ballistik raket arsenalının potensialını artıran mobil sistemlərdir. İndi bunları gizlətmək daha asandır.

SLBM texnologiyasının sürətli inkişafı bəzi müdafiə mütəxəssislərində təəccüb doğurub. Çünki Şimali Koreyanın hazırda su altında ballistik raketləri daşımağa və atmağa qadir funksional bir sualtı qayığının olmadığını vurğulayırlar.

Şimali Koreya lideri Kim bir il əvvəl nüvə və uzaq mənzilli raket sınaqlarında özünə tətbiq etdiyi bir illik fasiləni davam etdirmək məcburiyyətinin olmadığını hiss ediyini söyləyib. Bu isə Koreya yarımadasında böyük bir gərginliyin yenidən yaranmasına səbəb ola bilər.

Bu addım yeni gələcək ABŞ prezidenti Co Bayden üçün böyük bir xarici siyasət sınağı olacaq. Bayden Kimlə üz-üzə görüşməyi istisna etməyəcəyini söyləyib, ancaq bunun yalnız daha geniş səviyyədə danışıqların bir hissəsi olacağını bildirib.

Şimali Koreya ABŞ-ın sanksiyaları yumşaltmaqdan imtina etməsindən əsəbiləşərək aylarla nüvə danışıqlarını boykot edib. ABŞ prezidenti Donald Tramp prezidentliyi dövründə Kimlə üç dəfə görüş keçirib. Lakin görüşlərdən heç biri Şimali Koreyanın nüvə silahlarından imtina etməsinə gətirib çıxarmayıb.

Mənbə: www.amerikaninsesi.org