ABŞ-ın vitse-prezidenti Kapitolini mühafizə edən qoşunları ziyarət edib

ABŞ-ın vitse-prezidenti Kapitolini mühafizə edən qoşunları ziyarət edib

ABŞ-ın vitse-prezidenti Mayk Pens cümə axşamı Kapitoliyə planlaşdırılmamış ziyarət həyata keçirib və oranı qoruyan hərbi birliklərə xidmətlərinə görə təşəkkür edib. Pens bir neçə əsgərlə söhbət edib və onlara "xalqımızın həyatının belə vacib bir dövründə milli Kapitoli binasının təhlükəsizliyini təmin etmək üçün önə çıxdıqlarına" görə qrup şəklində təşəkkür edib.

O, əsgərlərə vitse-prezident kimi xidmət etməyin onun üçün böyük şərəf olduğunu deyib.

ABŞ Prezidenti Donald Trampın tərəfdarları yeni seçilmiş prezident Co Baydenə Seçki Kollegiyası tərəfindən verilən səslərin sertifikatlaşdırılmasını dayandırmağa cəhd etmək məqsədilə binaya 6 yanvar hücumundan bəri bir neçə min Milli Qvardiya əsgəri Kapitoli ərazisinə yerləşdirilib. Vitse-prezident Pens Baydenin 20 yanvarda andiçmə mərasiminə qədər digər federal hüquq mühafizə orqanları ilə birlikdə ən azı 20 min əsgərin Kapitoli binasını qoruyacağını gözlədiyini bildirib.

"Amerika xalqına təhlükəsiz andiçmə mərasimi təqdim etməyə hazırlaşırıq, yeni prezident, yeni vitse-prezident and içəcək, xalqımızı irəli aparacağıq" deyə, o, Milli Qvardiyanın üzvlərinə bildirib.

Bu, Pensin basqından sonra Kapitoliyə ilk səfəri idi. Pens Kapitoli mühasirəyə alındığı zaman Senat daxilində sertifikatlaşdırma prosesinə sədrlik edirdi və təhlükəsizliyi təmin olunanan qədər Kapitolini tərk edə bilməyərək təhlükəsiz bir yerə keçmək məcburiyyətində qalmışdı.

Mənbə: www.amerikaninsesi.org