Qazaxıstan Parlamentində sədr seçildi - VİDEO

Bu gün Qazaxtsan parlamentin aşağı palatasının plenar iclası keçirilib.

İclasda Məclisin sədri vəzifəsinə Nurlan Nigmatulinin namizədliyi "Nur Otan" parlament fraksiyasının iclasında partiyanın sədri, Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib.

Məclisin plenar iclasında, Palatanın bütün deputatları yekdilliklə “Nur Otan” millət vəkilləri tərəfindən irəli sürülən Nurlan Nigmatulinə səs verdilər.

Nurlan Nigmatulin 2012 və 2016-cı illərdə V və VI çağırışlarda Məclis sədri seçilib.

Bundan başqa Nigmatulin icra orqanlarında müxtəlif strukturlarında çalışmış, Nur Otan partiyasında Nursultan Nazarbayevin birinci müavini olmuş, 2014-2016-cı illərdə Qazaxıstan Respublikası Prezident Administrasiyasına rəhbərlik edib.

Qeyd edək ki, 10 Yanvar seçkilərinin nəticələrinə görə 3 partiya - Nur Otan, Qazaxıstanın Ak Jol Demokratik Partiyası və Qazaxıstan Xalq Partiyası - Məclisə seçildi və müvafiq olaraq 76, 12 və 10 millət vəkili mandatı aldı.

Digər 9 millət vəkili Qazaxıstan Xalq Məclisi tərəfindən seçildi. Qazaxstan parlamentində ümumilidkə 107 deputat fəaliyyət göstərir.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Şimali Kiprin qurucu dövlət başçısı Rauf Denktaş anıldı

SONRAKI XƏBƏR

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ən azı 34 nəfər həyatını itirib