Yunanıstan Avropa İttifaqı daxilində hərəkət üçün birgə peyvənd şəhadətnaməsinin qəbul edilməsinə çağırıb

Yunanıstan Avropa İttifaqı daxilində hərəkət üçün birgə peyvənd şəhadətnaməsinin qəbul edilməsinə çağırıb

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenə məktub göndərərək ölkədə turizmin tezliklə bərpası və ittifaq vətəndaşlarının özünü tezliklə peyvənd olunmasını stimullaşdırmaq üçün Avropa İttifaqı (Aİ) daxilində hərəkət üçün birgə rəqəmsal peyvəndlə bağlı qanunun qəbul olunmasının vacibliyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktub AK sədrindən əlavə Aİ-nin bütün dövlət və hökumət başçılarına, səhiyyə və ərzaq təhlükəsizliyi komissarı Stella Kiriakiduya da göndərilib. Rumıniya Prezidenti Klaus Yohannis Yunanıstanın bu təşəbbüsünü tənqid edərək, şəhadətnamənin hərəkət üçün deyil, səhiyyə müəssisələrində, ailə həkimləri üçün ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Yunanıstan yanvarın 21-də videokonfrans şəklində keçiriləcək Avropa İttifaqı sammitində məsələ ilə bağlı müzakirələrə başlamaq istəyir. Ümumdünya səhiyyə təşkilatının məlumatına əsasən, artıq dünyanın 40 ölkəsində koronavirusa qarşı vaksinasiya həyata keçirilir.

Mənbə: news.milli.az