Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir - VİDEO

Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir -

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi yeni cəbhələrin açılmaması üçün əlindən gələni etməlidir.

O, İran və Şimali Koreyanın artıq Rusiyanın tərəfində Ukraynaya qarşı hücumlarda iştirak etdiyini deyib.

"Biz yeni cəbhənin açılmaması üçün mümkün olan hər şeyi etməliyik. Amma dürüst olmalıyıq: iranlılar və şimali koreyalılar artıq bizə hücum edirlər", – deyə Zelenski vurğulayıb.


Ukrayna lideri ümid etdiyini bildirib ki, bu hücumlar daha da genişlənməyəcək. Bununla belə, onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazır olmalıdır.

Zelenski qeyd edib ki, Ukrayna bu dövlətlərə etibar edə bilməz. O xatırladıb ki, müharibənin əvvəlində, Kiyev tərəfindən heç bir eskalasiya olmadan, İran Rusiyaya silah tədarük edib.


Mənbə: bizim.media