Ötən il 7 siyasi partiya dövlət qeydiyyatına alınıb

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videkonfrans formatında geniş kollegiya iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda dövlət başçısının 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.

Nazir qeyd edib ki, "Mobil notariat"ın funksionallığı artırılaraq, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib. Həmçinin, çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 7 siyasi partiya, habelə 145 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 45 mətbu nəşr uçota götürülüb.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

"Marsel"dən A Seriyasına

SONRAKI XƏBƏR

Ötən il 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb