Dünya Tramp və Pompeosuz daha yaxşı olacaq - Zərif

Dünya Tramp və Pompeosuz daha yaxşı olacaq -  Zərif

Dünya Tramp və Pompeonun gedişindən sonra daha yaxşı olacaq.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində yazıb.

“Tramp rejiminin bəşəriyyətə verdiyi ziyan onun ekstremistləri üçün yetərli olmadı. Son rüsvayçı günlərində Pompeonun husiləri terrorçu kimi tanımaq istəyi ilə dünyaya olan tam nifrəti nümayiş etdirir. Planet onlarsız daha yaxşı olacaq”, - Zərif bildirib.

Mənbə: moderator.az