Britaniya bütün səyahət dəhlizlərini bağlayır

Britaniya bütün səyahət dəhlizlərini bağlayır

Koronavirus Böyük Britaniyada həyatı məhdudlaşdırmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, kritik vəziyyətin yaranması və itkilər səbəbi ilə Böyük Britaniyanın Baş naziri Boris Conson xalqa müraciət edib. Conson bütün səyahət dəhlizlərinin bazar ertəsi yerli vaxtla səhər saat 04:00-dan etibarən bağlanacağını elan edib.

Baş nazir bu qərarı virusun hələ müəyyən edilməmiş müxtəlif mutasiyalarına görə verildiyini deyib. Digər tərəfdən isə ölkəyə gələnlərin girişdən 72 saat əvvəl mənfi test nəticəsi almalarının lazım olduğunu və 10 günlük karantində qalacaqlarını da qeyd edib.

"İndi milli əzmimizin və fərdi səylərimizin ən xırda bir ləngiməsinin vaxtı deyil. Xahiş edirəm evdə qalın", - deyə Conson bildirib

Mənbə: qafqazinfo.az