“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı maneə..." - Politoloq

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yalnız bir maneə var - erməni millətçiliyi. Əsas problem budur. Erməni millətçiliyi türkün əleyhinədir. Onlar bunu qəbul edə bilmirlər. Bu yanaşma ilə Ermənistan məhvə doğru gedəcək və sonda Türk reallığını, siyasətini qəbul etməyə məcbur olacaqlar.

Bu fikirləri Teleqraf.com-a politoloq Rüstəm Məmmədov deyib.

Politoloq bildirib ki, Moskvada baş tutan görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün növbəti addımdır:

“Hesab edirəm ki, bu münasibətlər normallaşacaq. Ermənistanın başqa əlacı yoxdur. Rusiyanın əksər şəhərlərində azərbaycanlılar və ermənilər ticarətdə əməkdaşlıq edir, münasibətlər qururlar. Sanki Qarabağ problemi olmayıb. Ancaq erməni millətçi qurumları əsasən İrəvanda yerləşir və fəaliyyət göstərirlər. Türkə qarşı siyasəti körükləyir, guya tarixi unutmurlar. Əslində, heç Osmanlıda 2 milyon erməni yaşamırdı. Amma iddia edirlər ki, milyonlarla erməni öldürülüb.

İndiki Ermənistan ərazisindən Azərbaycan türklərinin dəfələrlə deportasiya edilməsi də məhz millətçi-revanşist siyasətin nəticəsi idi. Amma onlar bu addımla heç nəyə nail olmadılar. Əksinə, bu siyasət azərbaycanlıları birləşdirdi və qüvvətləndirdi. Odur ki, 30 il davam edən millətçi erməni siyasətinin nəticəsi öz əleyhinə işlədi. Ona görə bu axmaq siyasətdən imtina etmək lazımdır. Əks təqdirdə Ermənistanın gələcəyi olmayacaq. Onların Azərbaycan və Türkiyə ilə münasibətlər yaratmaqdan başqa şansları yoxdur. Yaxın 30 illik vəziyyətləri bunu diktə edir”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

VÜQAR SƏFƏRLİDƏN 26 MİLYON MANAT TƏLƏB OLUNUR! – O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...

SONRAKI XƏBƏR

Xərçəngə qalib gələn Boris Qraçevski koronavirusa məğlub oldu