Tramp onun istefasını dəstəkləyən partiyadaşları barədə məlumat tələb etdi

Tramp onun istefasını dəstəkləyən partiyadaşları barədə məlumat tələb etdi

ABŞ prezidenti Donald Tramp köməkçilərindən istefasını dəstəkləyən Nümayəndələr Palatasının üzvləri barədə məlumat istəyib. Söhbət qətnaməyə səs verən 10 respublikaçıdan gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə Wall Street Journal yazıb. Jurnalistlərin fikrincə, Trampı ilk növbədə iki şey maraqlandırır – onun bu qanunvericilərə nə vaxtsa yardım edib-etmədiyi və gələn il keçiriləcək aralıq seçkilərdə bu siyasətçilərə kimlərlə rəqib olacağı.

Xatırladaq ki, Nümayəndələr Palatası çərşənbə günü Trampa impiçment qərarını təsdiqləyib. O, ölkədə üsyanı alvlandırmaqda günahlandırılır. Bu, ölkə tarixində iki dəfə impiçment elan edilən ilk prezidentdir. 2019-cu ildə qərar yuxarı palata - Senat tərəfindən təsdiqlənməyib.

 

Alpər

Mənbə: qaynarinfo.az