"Rusiya döyüş meydanında məqsədlərinə çatacaq" - Putin

"Rusiya döyüş meydanında məqsədlərinə çatacaq" -

Rusiya döyüş meydanında ehtiyatlı, lakin qətiyyətli hərəkət edəcək və məqsədlərinə çatacaq.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiya bu tarixi mərhələni ləyaqətlə aşır: "Bütün Rusiya xalqı, bütün cəmiyyət xüsusi hərbi əməliyyat iştirakçılarını dəstəkləyir.

Rusiyanın düşmənləri onu döyüş meydanında məğlub edə bilməyərək açıq-aşkar terror metodlarına güvənirlər. Rusiya istənilən düşmən hərəkətinə qarşı qisas almağa qadirdir".

Eyni zamanda, o, inflyasiyanın artması risklərinin olduğunu qeyd edərək, Rusiyanın maliyyə və iqtisadi sisteminin sabit olduğuna əminlik ifadə edib.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az