Baydenin prezidentliyi dünyada ciddi dəyişikliklərə səbəb ola bilər – Medvedev

Baydenin prezidentliyi dünyada ciddi dəyişikliklərə səbəb ola bilər – Medvedev

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev ABŞ-da baş tutacaq hakimiyyət dəyişikliyi barədə danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Medvedev ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsinin dünyada ciddi dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb:
“ABŞ-da yeni hakimiyyət dünya inkişafında ciddi dəyişikliklərə səbəb ola bilər, beynəlxalq hüquq qurumlarına və qlobal təhlükəsizlik sisteminə ciddi təsir göstərə bilər. Bu ölkədəki seçkilər, xüsusən gücün bir siyasi qüvvədən digərinə keçdiyi zaman dünya iqtisadi inkişafında çox əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər, qurulmuş beynəlxalq hüquq qurumlarına və qlobal təhlükəsizlik sisteminə ciddi təsir göstərə bilər”.
Qeyd edək ki, ABŞ-da keçirilən sonuncu prezident seçkilərində Co Bayden qalib gəlib. 20 yanvar 2021-ci ildə keçiriləcək andiçmə mərasimindən sonra prezidentlik vəzifəsinin icrasına başlayacaq.

Mənbə: www.yeniavaz.com