Baydenin inauqurasiyası: Vaşinqton alınmaz qalaya çevrildi

Baydenin inauqurasiyası: Vaşinqton alınmaz qalaya çevrildi

Təxminən ABŞ Milli Qvardiyasının 25 min döyüşçüsü yeni seçilmiş prezident Cozef Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin etmək üçün Vaşinqtona göndəriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS Milli Qvardiya komandiri Daniel Hokansona istinadən xəbər verib.

"Müdafiə Nazirliyi yeni seçilmiş prezidentin andiçmə mərasimi zamanı 25.000-ə qədər hərbi qulluqçunun təhlükəsizliyi təmin etmək təklifini qəbul edib", - məlumatda deyilir.

Co Baydenin andiçmə mərasimi 20 yanvar günortadan sonra keçiriləcək. Bu hadisə ilə əlaqədar olaraq hakimiyyət gücləndirilmiş təhlükəsizlik tədbirləri görür: Vaşinqtonda fövqəladə rejim tətbiq edilib, şəhərin əhəmiyyətli bir hissəsində avtomobillərin hərəkəti bloklanıb, Capitol Təpəsi əhatəyə alınıb.

Alpər

 

Mənbə: qaynarinfo.az