"Kətaib Hizbullah" ABŞ-ın peşman olacağını bəyan etdi

"Kətaib Hizbullah" ABŞ-ın peşman olacağını bəyan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Kətaib Hizbullah" briqadaları ABŞ əleyhinə növbəti dəfə bəyanat ilə çıxış edib.

Bəyanatda vurğulanır ki, ABŞ "Həşd Şabi" rəhbərini sanksiyalar siyahısına daxil etməsinə peşman olacaq.

"İraqda müqavimət cəbhəsi terrorçulara və onları dəstəkləyənlərə qarşı mübarizə aparır. "Həşd Şabi" rəhbərliyi əleyhinə atılan bu addım terrorçuların dəstəklənməsi deməkdir", - deyə bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, ABŞ həm də müqavimət cəbhəsinin gücündən qorxmağa başlayıb.

 

Mənbə: eastnews.org