BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi tənqid olundu

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi tənqid olundu

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam BMT-nin Yəmən üzrə fəaliyyətlərini tənqid edib.

O, öz açıqlamasında bildirib ki, BMT Yəmən böhranının həlli istiqamətində ciddi addımlar atmır.

"Onlar hal hazırda sadəcə Riyad və Abu Şabi arasında poçt xidməti həyata keçirirlər. Yəmən böhranı üçün ciddi işlər görülməlidir", - deyə Məhəmməd Əbdüssəlam diqqətə çatdırıb.

Məhəmməd Əbdüssəlam qeyd edib ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi hal hazırda Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin vəkili roluna çıxış edir.

 

Mənbə: eastnews.org