Qırğızıstanda prezident seçkilərini rəsmən Japarov qazandı

Qırğızıstanda prezident seçkilərini rəsmən Japarov qazandı

Qırğızıstanda keçirilən erkən prezident seçkilərində səslərin 79,23% -ni Sadır Japarov qazanıb.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 100%-nin işlənməsi nəticələrinə əsasən məlumat yayıb.

Seckilərdə 39,33% seçici iştirak edib.

Bildirilir ki, seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyasının iclasında rəsmi olaraq təsdiqlənməlidir.

Xatırladaq ki, yanvarın 10-da Qırğızıstanda erkən prezident seçkiləri və referendum (prezident və ya parlament respublikası üçün) keçirilib.

Dövlət başçısı postu uğrunda 17 namizəd mübarizə aparıb.

Mənbə: www.oxu.az