HƏMAS rəsmisi Suriyanı dəstəklədiklərini vurğuladı

HƏMAS rəsmisi Suriyanı dəstəklədiklərini vurğuladı

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının liderlərindən olan Mahmud əz-Zəhar İsrail rejiminin Suriyaya hücum etməsinə münasibət bildirib.

Mahmud əz-Zəhar açıqlamasında vurğulayıb ki, HƏMAS İsrail rejiminə qarşı Suriyanın yanındadır.

"Bizim müqavimət cəbhəsi ilə bağlı mövqeyimiz dəyişməyib. Heç bir təzyiq HƏMAS-ın işğalçı İsrail rejiminə qarşı mövqeyini dəyişə bilməz", - deyə Mahmud əz-Zəhar diqqətə çatdırıb.

O qeyd edib ki, İsrail rejimi bölgədə terrorçuları dəstəkləmək üçün bu addımları atır.

 

Mənbə: eastnews.org