İran ABŞ bazasına hücumün yeni görüntülərini yayımlayıb

İran ABŞ bazasına hücumün yeni görüntülərini yayımlayıb

İnterAz SalamNews-a istinadən xəbər verir ki, İranın İslam İnqilabının Keşikçilər Ordusu ABŞ bazasına hücuma aid bəzi görüntüləri yayımalyıb.

Ötən ilin yanvar ayında ABŞ-ın İraqın əl-Ənbar əyalətində yerləşən Eynul-Əsəd bazasına raket hücumunu idarə edən əməliyyat otağının görüntülərində Sepah-ın Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə yer alıb.

O bu videoda “vur” əmrini verir və sonra raketlərın atılışı arasında müəyyən fasilələrin verilməsini istəyir. O deyir:

“Biz bunu edirik ki, onlar uzaqlaşa bilsinlər, biz onlar kimi cinayətkar deyilik. Lakin onlar ağanı (Qasim Süleymani) vuranda iki raketin arasında bir-iki saniyə fasilə olmuşdu.”

Qeyd edək ki, bu hücumda ABŞ-ın 80 civarında əsgəri xəsarət almış, müalicə üçün Küveyt və Almaniyaya aparılmışdı.

 

 

Mənbə: www.interaztv.com