Gəncədə oğurluq edən şəxs saxlanılıb

Gəncədə oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhərinin Kəpəz rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Mustafayevaya məxsus torpaq sahəsindən 15 ədəd spirt saxlamaq üçün çən, 4 ədəd dəmir konteyner, 4 ədəd vaqon, 6 ədəd darvaza və dəmir borular oğurlamaqda şübhəli bilinən qohumu Ə.Rzayev saxlanılıb.

 

Mənbə: pia.az