WSJ: Tramp İsrailə əmr verib

WSJ: Tramp İsrailə əmr verib

Eastnews.org-un verdiyi xəbərə görə, "Wall Street Journal" qəzeti prezident Donald Trampın əvvəllər ABŞ-Avropa Komandanlığı səlahiyyətində olan İsrailin indi İrana qarşı əməkdaşlığı təşviq etmək üçün Yaxın Şərq ölkələrinə qoşulma əmri verdiyini açıqlayıb.

Xəbərə görə, qərarın Tramp hökumətinin yeni seçilmiş prezident Co Bayden hökuməti üçün Yaxın Şərq gündəmini hazırlamaqdan ötrü atdığı son addım olduğu bildirilib.

Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, Tramp İsrail tərəfdarı qruplar tərəfindən Yaxın Şərqdə İran əleyhinə əməkdaşlığını inkişaf etdirmək üçün ABŞ-ın Yaxın Şərqdəki uzun müddətdir dəstək verdiyi hərbi quruluşun İsraili də əhatə edəcək şəkildə genişlədirilməsi əmrini verib.

Bununla da Yaxın Şərq ölkələri ilə birlikdə Mərkəzi Komandanlığın (CENTCOM) səlahiyyət sahəsinə ərəb ölkələri ilə yanaşı, İsrailin də girdiyi ifadə edilib.

 

Mənbə: eastnews.org