Dünyada ən çox miqrant qəbul edən ölkələr - Siyahı

Dünyada ən çox miqrant qəbul edən ölkələr -  Siyahı

BMT-nin iqtisadiyyat və sosial şurası dünyann ən çox miqrant qəbul edən dövlətlərinin siyahısını açıqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, siyahıda 51 milyon miqrantla ABŞ birinci yeri tutub. Bu da dünyadakı ümumi miqrantların 18 faizini təşkil edir.

İkinci və üçüncü yerləri Almaniya və Səudiyyə Ərəbistanı tutur. Rusiya isə 12 milyon miqrantla 4-cü yerdə qərarlaşıb. Beşliyi 9 milyon miqrant qəbul edən Böyük Britaniya qapayıb.

 

Mənbə: news.milli.az