Polşa Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Ukraynanın gələcəkdə bölünəcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Nazirliyin sözçüsü Maçey Vevyur "X" hesabında paylaşım edərək Polşanın Ukraynaya qarşı heç vaxt ərazi iddiası olmadığını vurğulayıb.
"Polşa Ukraynaya qarşı keçmişdə və indi ərazi iddiaları irəli sürməyib, gələcəkdə də sürməyəcək", - deyə o bildirib.
Vevyurun sözlərinə görə, Varşavanın mövqeyi dəyişməz olaraq qalır. O qeyd edib ki, Polşa hökuməti Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini tam şəkildə tanıyır, hörmət edir və dəstəkləyir.
Adəm
Mənbə: publika.az