Hindistan bundan imtina etməsə, sanksiya olacaq - ABŞ

Hindistan Rusiyadan S-400 havadan müdafiə sistemlərini almaqdan imtina etməsə, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların bənzərinə məruz qala bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters”ə amerikalı rəsmilər bildirib.

Donald Tramp administrasiyasının Hindistana 5,4 milyard dollarlıq müqaviləni ləğv etməsini təklif etdiyini bildirən mənbələr Ağ Evin bu mövqeyinin Co Bayden dönəmində də dəyişmə ehtimalı olmadığını vurğulayıblar.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə azyaşlı qız dəm qazından boğulub

SONRAKI XƏBƏR

Nizami Gəncəvi harada anadan olub?