"Laboratoriyaların Çin ordusu ilə gizli əlaqəsi var" Dünyadan gizlədilən koronavirus həqiqətləri ...

"Laboratoriyaların Çin ordusu ilə gizli əlaqəsi var" Dünyadan gizlədilən koronavirus həqiqətləri ...

ABŞ-ın Xarici İşlər Naziri Mayk Pompeo koronavirusun mənşəyi haqqında yeni bir iddia irəli sürərək yayımladığı hesabatdan sonra Dünya Səhiyyə Təşkilatına çağırış edib.

Moderator.az xəbər verir ki, dünya əhalisinin koronavirusa yoluxmasında Çinin Uhan şəhərinin günahkar olduğunu xatırladan Pompeo, laboratoriya və "Kovid-19" arasındakı əlaqənin təcili şəkildə araşdırılmasını istəyib.

Koronavirusun Çindəki laboratoriyadan çıxdığına dair iddialar səsləndirən ABŞ-lı nazir, "Çinin standartlardan aşağı laboratoriyalar ilə dünyanı yoluxdurma keçimişi var. Pekin bu gün, dünyanı bu ölümcül virus və digər virusdan qorumaq üçün elm adamlarına ehtiyac olan vacib məlumatları gizlətməyə davam edir. ABŞ kəşfiyyatının əldə etdiyi yeni hesabatda, Çinin "Kovid-19"a səbəb olan virusa genetik olaraq 96.2 faiz bənzəyən bir yarasa koronavirusu ilə çalışdığı və laboratoriyanın Çin ordusu ilə gizli əlaqəsinin olduğu barədə məlumatlar var"deyib.

Kamran

Mənbə: moderator.az