Paşinyan müdafiə nazirinə yeni müavin təyin etdi

Suren Saakyan Ermənistan müdafiə nazirinin müavini təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan əmr imzalayıb.

Qeyd edək ki, bu, müdafiə nazirinə ikinci müavin təyinatıdır. Ermənistanın keçmiş polis rəisi Arman Sərkisyan 11 yanvarda müdafiə nazirinə müavin təyin edilib.

Keçmiş müavinlər Qabriel Balayan və Makar Qəmbəryan, o cümlədən nazir Tonoyan noyabrda vəzifədən uzaqlaşdırılmışdılar.

Müdafiə naziri vəzifəsinə isə Vaqarşak Arutyunyan gətirilmişdi.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

COVID-19 əleyhinə vaksinasiya 2 il ərzində dövlət ambulator-poliklinik müəssisələrində icra olunacaq

SONRAKI XƏBƏR

Cənubi Qafqaza sülh dəmir yolu ilə gələcək: Türkiyədən YENİ XƏRİTƏ