Manukyan Gümrüyə buraxılmadı

Manukyan Gümrüyə buraxılmadı

Ermənistanın Şirak bölgəsinin əhalisi müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyanın Gümrüya girməsinə icazə verməyib.

KONKRET.az “Panarmenian”a istinadla xəbər verir ki, özlərini baş nazir Nikol Paşinyanın tərəfdarları adlandıran kütlə “bizim baş nazirimiz Nikoldur, rədd ol, Manukyan” şüarları səsləndiriblər. Aksiya iştirakçıları keçmiş baş nazir Manukyanı xain də adlandırıblar.

Vazgen Manukyan isə etirazçıları “evsiz kütlə” adlandıraraq geri dönüb.

Mənbə: konkret.az