“Şuşa türk və islam dünyasının mədəniyyət paytaxtı statusunu alacaq”-QHT sədri

“Şuşa türk və islam dünyasının mədəniyyət paytaxtı statusunu alacaq”-QHT sədri

“Türkiyə ilə Azərbaycan bir milət, iki dövlətdir. Türkiyə dövləti ən ağır dövlərdə Azərbaycanın yanında olub. Milliyyətçi Hərəkatı Partiyasının başqanı Dövlət Bahçeli də hər zaman Azərbaycanı dəstəkləyib. Onun Şuşa türk məktəblərinin açılması ilə bağlı təklifini dəstəkləyirəm”. Bunu Cebhe.info-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Emin Həsənli deyib ki, Şuşa təkcə Azərbaycanın yox, bütün türk dünyasının mədəniyyət paytaxtıdır:

“Şuşa təkcə Azərbaycanın, Qafqazın yox, bütün türk dünyasının mədniyyət mərkəzidir. Hesab edirəm ki, yaxın gələcəkdə Şuşa türk və islam dünyasının mədəniyyət paytatxı adını alacaq. Şuşada böyük tədbirlər keçiriləcək. Orada “Xarı bülbül” festivalı, beynəlxalq müsabiqələr keçiriləcək.

Orada orta məktəblər, liseylər açılacaq. Univeristet yaradılacaq. Şuşanı elm və mədəniyyət mərkəzinə çevirməliyik. Zamanında da Şuşa elm, mədəniyyət və ədəbiyyat mərkəzi olub. Şuşa Qafqazın konservatoriyas statusunu geri qaytaracaq. Şuşa bizim üçün bizim mənəvi baxımdan çox əhəmiyyətlidir”.

Aydın

Mənbə: cebhe.info