Gürcü “boz kardinal”ın siyasi manevri: “Hökumət onun diktəsi ilə hərəkət edir”-Politoloq

Gürcü “boz kardinal”ın siyasi manevri: “Hökumət onun diktəsi ilə hərəkət edir”-Politoloq

Gürcüstanın hakim partiyasında sədr dəyşikliyi olub. Parlamentin sabiq sədri İrakli Kobaxidze hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri seçilib.
Qurultayda hakim partiyanın 21 nəfərdən ibarət Siyasi Şurasının tərkibi də təsdiqlənib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu və sabiq sədri, milyarder Bidzina İvanişvili yanvarın 11-də siyasi fəaliyyətini tərk etdiyini, partiya sədrliyindən və üzvlükdən istefa verdiyini açıqlayıb.

Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Gürcüstanda parlament seçkilərində sonra oliqarx və hökumətin “boz cardinal”ı Bidzina İvanişvilinin siyasətdən getməsi barədə açıqlaması sadəcə siyasi manevrdir:

 

“Hakim “Gürcü Arzusu” partiya sədrliyindən istefa verən İvanişvili öz kabinetindən hökumətə və partiyanın idarə edilməsinə nəzarət edəcək. Partiya sədri olaraq yarım rəsmi səviyyədə hakimiyyətdə təmsil olunurdu. İndi isə partiya sədrliyindən getməsi o demək deyil ki, partiyanın cəmiyyətdə siyasi müstəvidə dayaqlarının laxlanmasina gətirib çıxaracaq bir proses olacaq. Sadəcə yeni bir mərhələdə partiyanı daha da gücləndirəcək”.

Politoloq qeyd edib ki, milyarderin siyasətdən getməsi Saakaşvilinin Gürcüstana qayıtması və ona qarşı revanşa gətirib çıxara bilər:

“Ona görə də İvanişvili öz yerinə parlamentin sabiq sədrini gətirməklə partiyanın daha da güclənməsinə çalışacaq. Ümumiyyətlə Saakaşvili dönəmi Gürcüstanda bitib. “Gurcu Arzusu” partiyası hakimiyyətdə qalacaq. Bundan əlavə ola bilər İvanişvili prezident postuna gəlsin. Hazırda Gürcüstanın “xaç atası”dır və bütün idarəetmə ona tabedir. Prezident də, hökumət də onun diktəsi ilə hərəkət edir. Cəmiyyət də bununla barışıb.

Gürcü xalqı narazı olanda çıxır bir sosial jest edir. Bununla da hakimiyyəti qoruyub saxlayır. Hazırda Gürcüstan müxalifəti geniş dəstəyə malik olmasa müəyyən gücə sahibdir. Gürcüstan muxalif cəmiyyətinə yeni bir lider lazımdır. Hələ də yeni lider ortalığa çıxmayıb. Saakaşvili müxalifətin lideri sözdə olsa da, xalq bunda maraqlı deyil”.

Aydın

Mənbə: cebhe.info