Rusiya hərbçiləri Kəlbəcərdə- 3358 metr yüksəklikdə cəsəd axtarışı aparır?..

Rusiya hərbçiləri Kəlbəcərdə- 3358 metr yüksəklikdə cəsəd axtarışı aparır?..

Rusiya Federasiyasl Silahlı Qüvvələrinin sülhməramlıları Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarıyla birlikdə Qarabağda itkin düşənlərin cəsədlərinin axtarışını davam etdirirlər.

Moderator.az xəbər verir ki, bu haqda Rusiyanın “FAN” nəşri məlumat yayıb.

Məlumatda tapılan meyitlərin vətənlərinə, yəni Azərbaycan və Ermənistana təhvil verildiyi bildirilir.

“Axtarış əməliyyatı çox diqqətlə aparılır: hazırda Kəlbəcər rayonunda 3358 metr işarəsi olan bir hündürlükdə işlər davam edir”- xəbərdə belə deyilir.

Sultan Laçın

Mənbə: moderator.az