Ağdamda tarixi, dini abidələr talan edilib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti

Ağdam. Asif Mehman - Trend:

Ağdamda tarixi, dini abidələr talan edilib, dağıdılıb.

Bunu Trend-in Qarabağ bürosunun müxbirinə açıqlamasında Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib

Onun sözlərinə görə, artıq ikinci dəfədir bu ərazilərə gəlir: "Ötən il biz diplomatik nümayndəliklərin səfəri zamanı bura gəlməşdik. İlk növbədə biz xoşbəxtlik hissi keçiririk ki, Azərbaycan öz əzəli torpaqlarına qovuşub. Digər tərəfdən isə biz dəhşətli faciənin şahidi oluruq. Çünki burada tarixi, dini abidələr talan edilib, dağıdılıb. Biz buna biganə qala bilmərik. Hesabatlar hazırlamışıq və onu aidiyyəti üzrə beynəlxalq qurumlara göndərəcəyik".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ƏN BAHALI sənət əsəri - FOTO

SONRAKI XƏBƏR

Rusiyada mədən çökdü:Ölən var