Parlamentin binasına hücuma görə 160 cinayət işi açılıb

Parlamentin binasına hücuma görə 160 cinayət işi açılıb

Yanvarın 6-da ABŞ Konqresinin binasına qanunu pozaraq hücum edən etiraz aksiyasının iştirakçılarının sayı ən azı 300 nəfər olub.
Cebhe.info xəbər verir ki, bu sayı "The Washington Post" qəzeti öz hesablamasına əsasən yazıb.

Adıçəkilən nəşrin jurnalistləri Kapitoliyada baş verənlərlə bağlı öz analizlərini aparıblar, bunun üçün videoyazılar, fotolar və məlumat mətnləri araşdırılıb.
Nəşr bildirib ki, polislər Kapitoliyanın binasından qanunvericiləri təxliyə edən zaman binanın içərisində minimum 300 etirazçı olub.

Xatırladaq ki, bu il yanvarın 6-da ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları prezident seçkilərinin nəticələri təsdiq edilən zaman Konqres binasına hücum ediblər. Aksiya zamanı 5 nəfər həlak olub, 160 cinayət işi açılıb.

Qeyd edək ki, Vaşinqtonda komendant saatı yanvarın 21-nə qədər uzadılıb.

Mənbə: cebhe.info