TÜRKSOY-un baş katibi: “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndələri Ağdam şəhərində Cümə Məscidində olduqdan sonra, Ağdam Dram Teatrının qalıqları ilə də tanış olublar. APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qonarlar çörək muzeyinə də baş çəkib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə bildirib ki, o arzu edir ki, Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpa olunsun:

“Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. İndidə onu arzulayıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək.

Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”.

Bundan sonra qonaqlar Füzuli rayonuna səfər edəcəklər.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resm

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Fransada koronavirus fəlakəti: Ölənlərin70 mini keçib

SONRAKI XƏBƏR

“Sampdoriya”dan əzmkar qələbə