Paşinyan bu şəxslərə vəzifə verdi - ADLAR

Paşinyan bu şəxslərə vəzifə verdi -

Ermənistan mətbuatına istinadən xəbər verilir ki, partiya lideri Nikol Paşinyanın sədrlik etdiyi toplantıda Nazeli Baqdasaryan Əmək və sosial məsələlər daimi komitəsinin, Sisak Qabrielyan Təhsil, elm, mədəniyyət, diaspora, gənclər və idman komitəsinin, Lusine Badalyan isə Səhiyyə məsələləri komitəsinin rəhbərliyinə namizəd kimi təsdiqləniblər.

Hazırda iclasda Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə daimi komitəsinin sədri vəzifəsinə namizədlər müzakirə olunur. Namizədlər Sasun Mikaelyan, Armen Xaçatryan və Vilen Qabrielyandır.

Qeyd edək ki, Ermənistanın yeni parlamentinin ilk iclası avqustun 2-də keçiriləcək.

Yeni parlament 105 deputatdan ibarət olacaq. Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası 64 yer, o cümlədən üçü milli azlıq kvotasından, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku isə 29 yer, o cümlədən biri milli azlıq kvotasından, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Ermənistan” bloku isə 12 yer alacaq.

Parlamentin ilk iclasına və yeni sədri seçilənədək parlamentin ən yaşlı üzvü Knyaz Həsənov sədrlik edəcək.

Ermənistan parlamentinin sədri postuna vitse-spiker Ruben Rubinyanın namizdəliyi irəli sürülüb.

Mürtəza

Mənbə: olke.az