Saqatelyan: “Paşinyan hakimiyyətdə qaldığı hər gün ölkəmizə təhlükədir”

“2018-ci ildə hakimiyyətə gələn insanların gündəlik mütəşəkkil və şüurlu çalışmaları ilə 2,5 il ərzində Ermənistan ordusunu məhv etdi, milli toxunulmazlığı zəiflətdi, ölkəni müharibəyə yönəltdi, müharibədən əvvəl və müharibə boyu hərəkətsizlik, xəyanət göstərdi. 10 noyabrda İrəvan, Moskva və Bakının üçtərəfli bəyanatını imzaladıqdan dərhal sonra xalq ayağa qalxdı və Vətəni Qurtarma Hərəkatına qoşuldu”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Baş nazir vəzifəsinə müxalifətin namizədi Vazgen Manukyanla Vanadzor şəhərində görüş zamanı Hərəkatın koordinatoru, “Daşnaksütyun” (ARF) Ali Qurumunun üzvü İşxan Saqatelyan söyləyib. O, əlavə edib ki, “Paşinyan, hakimiyyətdə qaldığı hər gün ölkəmizə və dövlətimizə təhlükədir. Bu adam kreslosunu tutdu, buraxmayacaq və bu səbəbdən ölkəmizi ölümə doğru aparır”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Hikmət Hacıyevin səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir" Polkovnik görüləcək işlərin anonsunu verdi...

SONRAKI XƏBƏR

Rövnəq Abdullayevdən Premyer Liqada klub sayı ilə bağlı AÇIQLAMA