"Hikmət Hacıyevin səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir" Polkovnik görüləcək işlərin anonsunu verdi...

"Hikmət Hacıyevin səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir" Polkovnik görüləcək işlərin anonsunu verdi...

Cəlil Xəlilov: “Dövlətimizin veteranlarımıza göstərdiyi diqqət qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir”

“Dövlətimizinveteranlarımıza verdiyi dəstək qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindəngəlməyə imkan verir.

Xəbər verdiyimiz kimi, dünənAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar TəşkilatınınRəyasət Heyətinin iclası keçirilib.

Prezidentin köməkçisiHikmət Hacıyevin də iştirak etdiyi iclasda Respublika Veteranlar Təşkilatının sədri,ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar olaraqvəzifədən azad edilib. Yekdilliklə qəbul edilən qərara əsasən, İkinci Dünya müharibəsiveteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya Respublika Veteranlar Təşkilatınınsədri vəzifəsinə seçilib.

Moderator.az-a açıqlamaverən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov sonyeniliklərə toxunub, eləcə də qarşıdakı məqsədlərdən danışıb:

“Dünən AzərbaycanRespublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının RəyasətHeyətinin iclası keçirildi və iclasda görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrdən,görülməsi gərəkən işlərdən də ətraflı bəhs edildi. Sonda Rəyasət Heyəti üzvlərininyekdil qərarına əsasən İkinci Dünya Müharibəsi iştirakçısı Fatma Səttarova təşkilatınyeni sədri seçildi.

Rəyasət Heyətininiclasında prezidentin köməkçisi Hikmət Hacıyev də iştirak etdi, gələcək fəaliyyətimizləbağlı dəyərli tövsiyyələr səsləndirdi. Hikmət Hacıyevin bu toplantıda iştirakı,burada səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir vəbiz qarşıdakı fəaliyyətimizdə heç şübhəsiz bu tövsiyyələrdən yararlanacaq, hərbir addımımızda bu tövsiyyələri rəhbər tutacağıq.

Respublika Veteranlar Təşkilatıolaraq cari illə bağlı ciddi plan vəproqramlarımız mövcuddur. Bura veteranlarla əlaqəni intensivləşdirmək, onlarınbilik və bacarığından cəmiyyətimizin maksimum faydalanmasını təmin etmək, dövlətimizinsiyasətinin mütəlif platformalarda daha effektiv müdafiəsini həyata keçirmək, VətənMüharibəsi və bu müharibədə böyük igidliklərə imza atan qəhrəmanlarımızı cəmiyyətəyaxından tanıtmaq, digər təşkilat və qurumlarla əlaqələri daha da inkişafetdirmək və s. daxildir.

Bildiyiniz kimi,veteranlarımız cənab prezidentimiz tərəfindən hər cür diqqət və qayğı ilə təminedilib. Dövlətimizin veteranlarımıza göstərdiyi diqqət bütün dünya üçün nümunədir.Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz bütün vəzifələrinöhdəsindən gəlməyə imkan verir. Hər kəs əmin ola bilər ki, veteranlarımız hərzaman olduğu kimi, bundan sonra da dövlətimizin mənafeyini, ölkə başçısınınsiyasətini qətiyyətlə dəstəkləyəcək, dövlətimizin və xalqımızın milimaraqlarının təmini məsələsində hər hansı fədakarlıqdan çəkinməyəcək”.

Mənbə: moderator.az