Baydenin itinə pullu andiçmə mərasimi keçiriləcək

Baydenin itinə pullu andiçmə mərasimi keçiriləcək

ABŞ-da olduqca maraqlı aksiya keçiriləcək.

Belə ki, 20 yanvarda prezident slahiyyətlərinin icrasına başlayacaq Co Baydenin itinə də andiçmə mərasimi təşkil olunacaq.

Mərasimi Delaver ştatının Humanitar Asossiasiyası təşkil edir.

"Mediate" saytı yazır ki, mərasim 17 yanvarda keçiriləcək və toplanan bütün vəsait xeriyyə məqsədilə xərclənəcək.

Baydenin Mayor adlı iti ötən ildən mətbuatın diqqət mərkəzindədir. Belə ki, sahibi Co Bayden ayağını sındıraraq xəstəxanaya getdiyi zaman onun iti də yanında idi.

Mənbə: cebhe.info