İki ölkə arasında GƏRGİNLİK - Qoşun sərhəddə toplandı

İki ölkə arasında GƏRGİNLİK - Qoşun sərhəddə toplandı

Sudanla Efiopiya arasında uzun müddətdir səngiməyən gərginlik artmaqda davam edir.

Publika.az xəbər verir ki, Sudan Efiopiya sərhədində qoşun toplayıb.

Bu barədə Sudan Suverenlik Şurasının sədri, general Abdulfəttah əl-Burhan məlumat verib: "Sudanın Efiopiya ilə müharibə etmək niyyəti yoxdur. Hər iki ölkə də həll istəyir. Efiopiya ilə sərhəd mübahisəsində gizli gündəmimiz də yoxdur. Qonşu dövlətlə müharibə aparmaq Sudana yardım etməyəcək. Efiopiya ilə sərhədlərimizin müəyyən edilməsi önəmlidir. Bu, bizim üçün çox vacibdir".

O bildirib ki, Efiopiya Baş naziri Abiy Əhməd ilə ortaq sərhədlərin bağlanması üçün razılığa gəliblər və Sudan ordusu hazırda sərhəddə bunu edir.

Mənbə: publika.az