Hər gün Qarabağdakı sülhməramlılar İrəvandan ermənilərin gətirildiyi kolonları müşayət edir.
Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Dünən isə avtobusla İrəvandan Xankəndinə 177 erməni aparılıb. Beləliklə, 49 638 erməni Qarabağa qaytarılıb.
Nazirlikdən bildirilib ki, onların Qarabağa getməsi zamanı təhlükəsizlik tədbirləri görülür, humanitar yardım göstərilir, mülki obyektlər bərpa olunur.
Bizi telegramda izləyin: