Braziliya Rusiya vaksinindən imtina etdi

Braziliya Rusiya vaksinindən imtina etdi

Braziliyanın sanitar-nəzarət üzrə "Anvisa" agentliyi yerli "Uniao Quimica" əczaçılıq firmasına Rusiyanın koronavirus əleyhinə "SputnikV" vaksinini qeydiyyata alınmasına etiraz edib.

Cebhe.info xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Məlumata görə, "Anvisa" hesab edir ki, "SputnikV" minimal kriteriyalara uyğun gəlmir. "Sorğu əczaçılıq şirkətinə geri qaytarılıb",-deyə agentlik bildirib.
Braziliyaya 10 milyon doza həcmində Rusiya vaksininin göndərilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Rusiyanın Birbaşa İnvestisiya Fondu Braziliyanın vaksinin qeydiyyatına olan etirazını inkar edib və bu qərarın Braziliya hakimiyyəti tərəfindən təsdiq edilmədiyini bildirib.

Mənbə: cebhe.info