Rusiya Suriyaya əlavə hərbi qüvvə yolladı

Rusiya Suriyaya əlavə hərbi qüvvə yolladı

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Suriya hərbçiləri ilə birgə müşahidə postlarının gücləndirilməsi məqsədilə Hasakə vilayətinə əlavə hərbi qüvvə yollayıb.

Bu barədə Rusiya hərbçilərinin rəsmisi Dmitriy Sunçov məlumat verib

Məlumata əsasən, ümumilikdə 300 hərbçi yollanıb.

“Bizim bölməmiz Hasakədəki birgə müşahidə postlarının birinə gəlib. Əsas məqsəd regiondakı münaqişənin nizamlanmasıdır. Bizim hərbçilərimiz atəşkəs rejiminə riayət edilməsinə nəzarət edir, həmçinin yerli əhaliyə hərtərəfli yardım edir”, - deyə Dmitryi Sunçov bildirib.

Mənbə: eastnews.org