Bayden yanına daha bir erməni gətirdi - O, “mavi”lərlə məşğul olub...

Bayden yanına daha bir erməni gətirdi - O, “mavi”lərlə məşğul olub...

Bundan öncə Hayk Hacınazaryan Ağ Evin Regional Kommunikasiya Departamentinin rəhbəri təyin edilib...

Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Co Bayden daha bir ermənini özünə müşavir təyin edib.

Moderator.az xəbər verir ki, “Washington Post” qəzetinin yazdığına görə, Ceff Marutyan Prezident administrasiyasında iqlim problemləri ilə məşğul olan komandanın üzvü olacaq.

İndiyədək bu erməni Kolumbiya dairəsində nəqliyyat departamentinin rəhbəri vəzifəsini icra edib. Bundan sonra Marutyan İqlim və Elm agentliyində Prezidentin xüsusi köməkçisi kimi çalışacaq.

C.Marutyanın bundan əvvəl Baydenin keçid komandasında çalışdığı qeyd olunur. O, Demokratlar Partiyasının seçki kampaniyasında partiyaya dəstək vermiş “LGBT”(cinsi azlıqların təşkilatı) ilə əlaqə üzrə milli komitəsinə rəhbərlik edib.

C.Marutyan Barak Obama administrasiyasında çalışdığı müddətdə ABŞ Nəqliyyat Nazirliyində bir vəzifə tutub.

Xatırladaq ki, bundan əvvəl Co Bayden erməni əsilli Hayk Hacınazaryanı Ağ Evin Regional Kommunikasiya Departamentinin rəhbəri təyin edib.

Mənbə: moderator.az