Avstriya XİN Navalnının saxlanılmasından narahatdır

Avstriya XİN Navalnının saxlanılmasından narahatdır

Avstriya Aleksey Navalnının Rusiyada saxlanılmasından narahatdır və onun azad edilməsinin tərəfdarıdır.

"Report"un məlumatına görə, bu barədə məlumat Avstriya Xarici İşlər Nazirliyinin tvitter səhifəsində yer alıb.

"Aleksey Navalnının Moskvada saxlanılması bizi çox narahat edir. Avstriya onun dərhal sərbəst buraxılmasını və həyatına edilən hücumla bağlı tam, müstəqil araşdırma aparılmasını tələb edir"-məlumatda qeyd olunub.

Qeyd edək ki, Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı "Şeremetyevo" Hava Limanında Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.

Mənbə: sonxeber.az